Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun həbsi və vəzifəsindən uzaqlaşdırılması fonunda Türkiyə Bələdiyyələr Birliyində (TBB) də rəhbərlik dəyişikliyi baş verib.
SON DƏQİQƏ məlumatına görə, İmamoğlunun sədrlik etdiyi Türkiyə Bələdiyyələr Birliyinə vəkalətən Adana Böyükşəhər Bələdiyyə Başqanı Zeydan Karalar rəhbərlik edəcək.
Musavat.com bildirir ki, Əkrəm İmamoğlu həm İstanbul Böyükşəhər Bələdiyyəsinə rəhbərlik edir, həm də TBB-nin seçilmiş sədridir. Onun həbs olunmasından sonra bu qurumda rəhbərlik məsələsinin necə həll olunacağı müzakirə mövzusu idi.
Zeydan Karaların müvəqqəti sədr kimi təyin edilməsi hazırda vəziyyətin idarə olunması baxımından mühüm addım hesab edilir.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ