İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Saatlar sonra geri addım atdılar: "Görmədik..."

“Amerikalıların nə baş verdiyini görməsi vacibdir. Mən uzun müddətdir ki, bu işlə məşğulam. Terrorçuların uşaqların başını kəsən fotolarını görəcəyimi və ya təsdiq edəcəyimi heç düşünməmişdim”.

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam İsrailin dinc əhalisinə qarşı törətdiyi cinayətləri şərh edərkən deyib.

Bu açıqlamadan bir neçə sonra Ağ Evdən yeni bəyanat gəlib. Bildirilib ki, Bayden və digər ABŞ rəsmiləri HƏMAS-ın israilli uşaqların başını kəsdiyini görməyiblər.

Ağ Ev sözçüsü qeyd edib ki, prezidentin şərhləri İsrailin baş naziri Netanyahunun sözçüsü tərəfindən irəli sürülən iddialara və mediada yayılan xəbərlərə əsaslanır.

"Al-Jazeera" bu bəyanatı “geri addım” kimi qiymətləndirib. 

BBC isə Baydenin şərhlərinə aydınlıq gətirmək üçün Ağ Evlə əlaqə saxlayıb. Ağ Ev rəsmisi BBC-yə Baydenin belə görüntülər görmədiyini söyləyərək prezidentin ifadələrini təkzib edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR