Onlayn ictimai-siyasi qəzet
Ruslar Ukrayna cəbhəsinin bəzi sahələrində, xüsusilə Sumı vilayətinin şimalında, Donetsk vilayətinin Liman şəhəri istiqamətində və Pokrovski rayonunda irəliləyə biliblər.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında bildirilir.
Qeyd olunur ki, geolokasiya vasitəsilə rusların Sumı vilayətinin şimalında yerləşən Voraçino yaşayış məntəqəsi ətrafında irəliləyişi təsdiqlənib. Bununla belə, həmin yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyü barədə məlumat hələlik təsdiqlənməyib.
Məlumata görə, Liman istiqamətində də düşmən hücumlarını intensivləşdirib. Bu istiqamətdə ruslar Lıpove yaşayış məntəqəsini işğal edərək ondan cənub-qərb istiqamətində irəliləyiblər.
Pokrovski istiqamətdə düşmənin Zvirovo, Peşçanoye, Razino kəndləri və Pokrovsk şəhəri yaxınlığında hücum hərəkətləri qeydə alınıb. Analitiklər bildirirlər ki, Müdafiə Qüvvələri həlledici mövqeləri qorumaqda davam edir və vəziyyətə nəzarət edirlər.
ISW həmçinin Çasovıy Yar yaxınlığında və Popovıy Yar bölgəsində Rusiya qoşunlarının lokal irəliləyişləri barədə məlumat verir. Bununla yanaşı, Ukrayna bölmələri də bu istiqamətdə, xüsusən də Diliyevka yaxınlığında uğur qazanıblar.
Cənub istiqamətində, analitiklərin məlumatına görə, Rusiya qüvvələri yaxın vaxtlarda Zaporojye vilayətinin Mala Tokmaçka kəndindən şimal-şərqə doğru irəliləyiblər. Xerson vilayətində isə ruslar hücum əməliyyatları aparsalar da, irəliləyiş əldə edə bilməyiblər.
UNİAN-ın məlumatına görə, Rusiya ordusu döyüş təmas xəttində bir sıra yaşayış məntəqələri yaxınlığında irəliləyə bilib. Analitiklər, xüsusilə Donetsk vilayətindəki Novotoretskoye, Şevçenko, Poltavka, Volnoye Pole, Andreyevka və Popovıy Yar ətrafında rusların irəliləyişini qeydə alıblar.
Bundan əvvəl rus işğalçıları Donetsk vilayətində Kotlyarovka, Novonikolaevka, Poddubnoye, Verxnekamenskoye və Fyodorovka kəndləri yaxınlığında uğur əldə ediblər.
Bu arada, Zaporojyeda Ukrayna qoşunları Orixov şəhəri ətrafında bir neçə mövqeni bərpa edə bilib. Bu barədə Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin məlumat verib.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ