İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiyaya BÖYÜK ŞOK - İtkilər rekord həddə çatdı

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 135 010 hərbçisini zərərsizləşdirib.

Bildirilib ki, Ukrayna ordusu son sutkada Rusiyanın 910 hərbçisini məhv edib.

Bundan başqa, hücum edən tərəfin 3 255 tank, 6 468 zirehli maşın, 1967 operativ-taktiki PUA, 2244 artilleriya sistemi, 463 reaktiv yaylım atəşi sistemi, 232 hava hücumundan müdafiə sistemi, 295 təyyarə, 18 gəmi, 284 helikopter, 796 qanadlı raket, 18 gəmi, 5 121 avtomobil və tanker, 203 xüsusi texnikası sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR