İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiyadan ŞOK TƏHDİD - Hər cür silahdan istifadə ediləcək

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev yenə təhdid dolu açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Medvyedev Qərb ölkələrinin Rusiyaya hücum üçün Ukraynaya göndərdiyi silahlarla danışıqlara yol açdıqlarına dair fikirləri “səhv” adlandırıb.

O bildirib ki, nəticə bunun əksi olacaq:

"Bu halda heç bir danışıqlar olmayacaq. Yalnız qisas olacaq. Kiyevin hakimiyyəti altında qalan bütün Ukrayna yanacaq. Pentaqondakılar nəticələrin nə olacağını daha yaxşı başa düşürlər".

63de5c944e3fe0180ccbece3.jpg (36 KB)

Medvedyev Ukrayna ordusunun Donbass bölgəsindəki bəzi şəhərlərə və Rusiya ordusunun nəzarətində olan Krıma hücum edəcəyi təqdirdə Rusiyanın necə cavab verəcəyi ilə bağlı sualı da cavablandırıb.

O, hücumun ölçüsündən asılı olaraq, hər cür silahdan istifadə edə biləcəklərini bəyan edib:

"Biz istənilən cavabı verə bilərik. Bunu Rusiya prezidenti Vladimir Putin açıq şəkildə deyib. Biz özümüzə heç bir məhdudiyyət qoymuruq və təhlükənin xarakterinə uyğun olaraq istənilən silahdan istifadə etməyə hazırıq".

Bunun Rusiya doktrinalarına uyğun olduğunu vurğulayan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, ən sərt və çəkindirici cavab veriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR