Onlayn ictimai-siyasi qəzet
Fevralın 5-dən, yəni sabahdan Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı iki yeni qanunun icrası başlanır. Birinci dəyişiklik qanunsuz miqrantların deportasiyasını nəzərdə tutan qanunun qüvvəyə minməsi ilə bağlıdır. İkinci yenilik isə ölkəyə giriş-çıxış qaydalarının pozulması və nəzarət siyahısına düşən miqrantlara göstərilməsi qadağan olunan xidmətlər üçün inzibati məsuliyyətin tətbiq olunmasıdır.
Bundan əlavə, fevralın 5-dən daha üç yeni qanunun qüvvəyə minəcəyi bildirilib. Bu qanunlar çətin şəraitdə yaşayan uşaqlara dəstək, kreativ sənayenin inkişafı və müsadirə olunmuş əmlakın regionların mülkiyyətinə verilməsi ilə bağlıdır. Miqrant ailələrinin uşaqlarını da çətinliklər gözləyir.
Qeyd edək ki, Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy rəsmi rəqəmlər barədə danışarkən məlumat verib ki, Rusiyada qeyri-qanuni 670 min miqrant var.
“Onların yarıdan çoxu qadınlar və uşaqlardır. Bu insanların hüquqi statuslarını müəyyən etmək üçün 30 aprelə qədər vaxtı var. Bu tarixdən sonra sistemlərimiz qanunu pozanları avtomatik olaraq nəzarət edilənlərin reyestrinə daxil edəcək. Bu o deməkdir ki, rəsmi qeydiyyatdan keçməyən və heç bir qanun pozuntusu törətməyən miqrantlara sənədlərinin rəsmiləşdirilməsi üçün möhlət verilir. May ayından etibarən isə onlar deportasiya olunacaqlar”, deyə DİN rəsmisi məsələyə aydınlıq gətirib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ