İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya bu şəhərə zərbə endirdi - Ölən və yaralananlar var

Rusiya Ukraynada mülki yaşayış məntəqələrini hədəfə almaqda davam edir.

Musavat.com xəbər verir ki, Ukraynanın Zaporojya şəhərinə raket hücumu həyata keçirən Rusiya 9 mərtəbəli yaşayış binasını vurub.

Zaporojya merinin müavini Anatoliy Kurtievin verdiyi açıqlaya görə, hücumda ağır yaralanan 1 nəfər həyatını itirib: "Hücum zamanı yaralanan 25 nəfər xəstəxanada müalicə olunur, 2-si uşaq olmaqla 3 nəfərin vəziyyəti ağırdır".

Qeyd ki, bundan əvvəl Ukraynanın Fövqəladə Hallar Xidməti Rusiyanın gecə saatlarında Kiyev vilayətinin Rjişçiv şəhərində iki tələbə yataqxanasına və bir təhsil müəssisəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini açıqlayıb. Rayon Polis İdarəsinin rəisi Andriy Nebytov bildirib ki, hücum nəticəsində 20 nəfər yaralanıb, 4 nəfər ölüb. Yaralıların xəstəxanaya aparıldığını deyən Nebytov hücumdan sonra itkin düşən şəxslərin axtarışlarının davam etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR