İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Razılıq əldə olundu - 1000-dən çox hərbçi...

Amerika Birləşmiş Ştatları 1000-dən çox hərbi qulluqçusunu Nigerdən çıxarmaq qərarına gəlib ki, bu da Rusiyanın strateji qələbəsi deməkdir.

Musavat.com xəbər verir ki, ABŞ dövlət katibinin müavini Kurt Kempbell və Nigerin baş naziri Əli Lamine Zeynə arasında ötən həftə keçirilən görüşdə Nigerin tələbi ilə ABŞ qoşunlarını çıxarması razılaşdırılıb.

2023-cü ilin iyul ayından hərbi idarəçilik altında olan Qərbi Afrika ölkəsi ötən ay ABŞ ilə 12 illik hərbi əməkdaşlıq müqaviləsini ləğv edib.

Geri çəkilmənin Afrikada təsiri getdikcə azalan ABŞ-ın bütün qitədəki hərbi mövqeyinə mənfi təsir göstərəcəyi gözlənilir. ABŞ-ın digər narahatçılığı Nigerin Rusiya və İranla münasibətlərini dərinləşdirməsidir. ABŞ-ın buradakı 110 milyon dollarlıq PUA bazasının taleyi qeyri-müəyyəndir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR