İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Qarabağda XAOS - Azərbaycan buna imkan verməməlidir

"Araik Arutunyanın "istefası" Qarabağdakı xaosun qarşısını ala bilməyəcək".

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Araikin “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək.

"Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır" - politoloq qeyd edib.

Elxan Şahinoğlu onu da vurğulayıb ki, Azərbaycan separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR