Onlayn ictimai-siyasi qəzet
Çinin cənub əyaləti Haynan bəzi korporativ istifadəçilərə qlobal internetə geniş giriş təmin etmək üçün pilot proqram başladır.
Musavat.com xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Haynan adasında qeydiyyatdan keçmiş şirkətlərin əməkdaşları “Global Connect” mobil xidmətinə müraciət edə və ÇXR-də bloklanmış bəzi saytlara giriş əldə edə bilərlər.
SCMP qeyd edir ki, xidmət “Google”, "Vikipediya", “YouTube”, “X”, “TikTok” və digər servislərə girişi açacaq, lakin bəzi veb-saytlar əlçatmaz olaraq qalacaq.
Müraciət edənlərin Çinin üç operatorundan biri – “China Mobile”, “China Unicom”, “China Telecom”dan 5G tarifi olmalıdır. Həmçinin saytlara giriş əldə etmək istəyənlər işəgötürən haqqında məlumat təqdim etməlidirlər. Haynan Beynəlxalq Kompleks Məlumat Xidmətləri Mərkəzinin (HIDCSC) əməkdaşının sözlərinə görə, müraciətin təsdiqlənməsi prosesi beş aya qədər çəkə bilər.
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ