Onlayn ictimai-siyasi qəzet
2022-ci ildə Rusiya bazarını tərk edən Yaponiyanın avtomobil istehsalçısı "Nissan Motor" əmtəə nişanlarının qeydiyyatı üçün Rospatentə müraciət edib.
Şirkət müxtəlif orfoqrafiya və dizaynda olan "Nissan" ticarət nişanlarını, o cümlədən loqoları, həmçinin özünün digər brendlərini - "Infiniti", "Nismo" və "Datsun"u qeydiyyatdan keçirməyi planlaşdırır.
Qeydiyyat malların və xidmətlərin beynəlxalq təsnifat sinifləri üzrə, o cümlədən nəqliyyat vasitələri, tikinti, pərakəndə və topdansatış ticarəti, habelə maliyyə xidmətləri sahəsində aparılacaq.//Oxu.Az
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ