İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putindən NÜVƏ AÇIQLAMASI - Rusiya bu halda...

"Rusiya nüvə silahını ancaq düşmən hücumuna cavab vermək üçün istifadə edəcək".

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin İnsan Haqları Şurasının iclasında videokonfrans vasitəsilə iştirak edərkən deyib.

O bildirib ki, Rusiya nüvə silahlarına sahib olsa da, bu silahlardan ilk istifadə edən tərəf olmayacaq.

Qərb ölkələri ilə yaşadıqları gərginliyə toxunan Putin nüvə müharibəsi təhlükəsinin qlobal miqyasda artdığına diqqət çəkib:

"Rusiya bundan (nüvə silahından - red.) birinci istifadə etməyəcək. Bizdə bu silahlar var və onlar bütün nüvə ölkələrindən daha inkişaf etmiş və müasirdirlər. Bu, açıq-aydın faktdır. Biz dünyanı ülgüc kimi kəsmək fikrində deyilik. Nüvə silahına sahib olmaq gərginliyin artmasına səbəb olmamalıdır".

Putin bildirib ki, Rusiyaya hücum edilməsə, bu silahlardan istifadə etməyəcəklər:

"Ancaq müdafiə vasitələrindən istifadə etmək strategiyamız var. Buna uyğun olaraq, kütləvi qırğın silahlarını və nüvə silahlarını müdafiə üçün nəzərdə tuturuq. Bunların hamısı bir məqsəd üçün qurulub - cavab hücumu. Rusiya ancaq düşmən hücumuna cavab vermək üçün nüvə silahından istifadə edəcək".

Bu açıqlama ilə Rusiya lideri, xüsusilə qərb ölkələrinə sərt mesaj verib.

Nigar Cəfərli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR