Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirib.
Musavat.com xəbər verir ki, iclasa Dövlət Dumasının Sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Prezidentin köməkçisi Nikolay Patruşev, Müdafiə naziri Andrey Belousov, Daxili işlər naziri Vladimir Kolokoltsev, Xarici işlər naziri Sergey Lavrov və Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov qatılıblar.
Putin çıxışında bildirib ki, iclasda əsasən regional gündəlikdəki məsələlər və regional siyasət çərçivəsində təhlükəsizliyin təminatı müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl o, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Cənubi Afrika Respublikası prezidenti Siril Ramafosa ilə telefon danışığı aparıb.
Danışıqlar zamanı Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşün nəticələri barədə məlumat verib.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Qədir Aslanla müzakirə edir.
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ