İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Paşinyan AÇIQLADI: "Ermənistan bunu təsdiq etməyə hazırdır"

Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Twitter" hesabında bildirib.

O vurğulayıb ki, Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır.

"Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək", - deyə Ermənistan baş naziri əlavə edib.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR