Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Ukraynaya hərbi dəstəyi artırmağın vacib olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, xüsusilə hava hücumundan müdafiə sahəsində dəstəyin genişləndirilməsini vurğulayıb və Avropa İttifaqının başqa bir çıxış yolu olmadığını qeyd edib.
Borrell Avropa Xarici İşlər Şurasının iclası öncəsi jurnalistlərə açıqlamasında bildirib: "Biz dəstəyi artırmalıyıq - bu, bizim tərəfimizdən yeganə həll yoludur. Biz Avropa Sülh Fondunun ödənişlərini necə açacağımızı və Ukraynanın hava hücumundan müdafiə potensialını necə gücləndirəcəyimizi müzakirə etməyə davam edəcəyik."
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ