İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask və Durov X sosial şəbəkəsində bir-birini izləyir

Son 24 saat ərzində Telegram-ın yaradıcısı Pavel Durov və amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsində bir-birini izləyiblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, onların hesab məlumatlarından görünür.

Bunu ilk görən digər internet istifadəçiləri də xəbəri dostları ilə paylaşmağa başlayıblar. Qarşılıqlı abunə vaxtı məlum deyil.

Amma dəqiq bilinən odur ki, İlon Maskın abunəliyindəki 784 hesab arasında Telegram-ın qurucusu da var. Lakin Maskın hesabı Durovun yeganə abunəsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR