İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dostlarım mənə yazdılar ki, yekə oğlansan, bizi niyə aldadırdın?"

Aktyor Elşən Orucov Türkiyədə yer aldığı layihələrdən danışıb.

Milli.Az yazır ki, bu barədə aktyor "Pərvizə görə" verilişində açıqlama verib.

Elşən "Ben bu Cihana sığmazam" serialında rol alma hekayəsindən söz açıb:

"Ozanla münasibətimiz çox yaxındır. Hər dəfə deyirdi ki, istəyirəm, Türkiyədə yanımda olasan, çünki başa düşürəm ki, sizin bazar balacadır. Bir dəfə mən başqa işlə bağlı İstanbuldaydım. Ozan dedi ki, bizim filmin yeməyi var, gəl, səni Oktay Kaynarcayla tanış edim. Sən demə, ondan əvvəl çəkilişdə hamı bizim Ozanla Qarabağda çəkdiyimiz "Nə oldu, Paşinyan?" videosuna baxıb. Setə girdim ki, hamı məni tanıyır. Elə bildim, efirdə görüblər, sən demə, videomuzu izləyiblər, sonra da Ozanla verilişimizə baxıblar. Çox isti qarşıladılar. Oktay bəy də dedi ki, çox istəyərdim, hansısa layihəmizdə olasan. Oradan Bakıya qayıtdım. Şəkil paylaşdım. Hamı dedi ki, serialda Qardaşov var, o da sənin oynamağın gözlənilir. Halbuki belə bir şey yox idi. Onun aktyoru da seçilmişdi, kimiydisə, tanınmış adam idi. Bir həftə keçdi, mən "Çırak" üçün çəkilişə getməliydim. Serialın prodüserləri yazdı ki, Oktay bəy deyir, iki gün sonra çəkiliş var, gələ bilər? Təsəvvür edin, getdim, çəkiliş etdik. Anons gedir, yaxın dostlarım mənə yazdılar ki, yekə oğlansan, bizi niyə aldadırdın? İnandıra bilmədim ki, xəbərim yox idi. Belə bir layihə çəkildi. "Çırak"ın da hazır versiyasına baxmışam. Ozan Mardində yeni seriala çəkilir. Yazmışdı ki, hazırlaş, ola bilər, sənə dedim, gəl. Mən də söylədim ki, verilişim başlayır. Dedi ki, uyğunlaşdırarıq. Sağ olsun, mənə qardaşlıq, böyüklük edir. Türkiyədə statusu çox böyükdür. Orada başqa dostlarımız da var. Məsələn, Müşviq Quluzadə. O da çox böyük işlər görür, "Prens" serialı və sairə. Sağ olsun, o da yazıb ki, çox istəyirəm, layihələrimdə olasan. Mən də dedim canla-başla. "Çırak" serialında Azərbaycan musiqiləri çoxdur. Bunun birinci növbədə səbəbkarı Ozan Akbabadır. Çünki bizim mahnıları çox sevir. Demək olar, hər bölümündə Azərbaycan musiqisi var. Ozan bəy Bakıya gəlmişdi. Serialın 10 bölümünü də gətirmişdi, dostlarımı da çağırdım, baxdıq. O qədər fəxr elədim ki. Ozana çox təşəkkür etdim. Deyir, biz qardaşıq, mən sevdiyim üçün bunu etmişəm. Dedim ki, sən bu serialdan sonra azərbaycanlıların daha çox sevgisini qazanacaqsan".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR