Onlayn ictimai-siyasi qəzet
Ukraynalı rəsmilər və hərbçilər cəbhədəki problemlər və Rusiya qüvvələrinin irəliləməsi fonunda Qərbin yetərsiz dəstəyindən narazılıq edirlər.
Musavat.com xəbər verir ki, bunu "Wall Street Journal" yazıb.
Ukrayna rəsmilərinin və əsgərlərinin adlarını açıqlamayan mənbələrə istinadən nəşr yazır: "Bayden və digər Qərb liderləri dəfələrlə Ukraynanın üstünlük əldə etməsini istədiklərini bildirsələr də, kifayət qədər dəstək göstərmirlər".
Bundan əlavə, qəzetin məlumatına görə, Kiyev Donald Trampın mövqeyindən ciddi şəkildə narahatdır. Tramp növbəti dəfə seçiləcəyi təqdirdə, Vladimir Putin və Volodimir Zelenski arasında danışıqlar təşkil edərək böhranı həll etməyi vəd etmişdi.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ