İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ordumuzdan düşmənə CAVAB- 4 erməni əsgər məhv edilib

Ermənistanın təxribatına cavab olaraq 4 erməni əsgər məhv edilib, biri yaralanıb.

Musavat.com xəbər verir ki, itkilərlə bağlı məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. 

Onu da qeyd edək ki,  Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

"Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", MN-dən bildirilib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR