İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Moskva vilayətində Ukraynanın neçə PUA-sı vurulub?

Rusiyanın Hava hücumundan müdafiə sistemləri Yeni Moskvada daha iki pilotsuz uçan aparatını vurub. Musavat.com bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. “Daha iki PUA Krivoşeevo kəndi yaxınlığında Yeni Moskvada hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, itki yoxdur”, - məlumatlı mənbə Rusiya mediasına bildirib.

Bildirilir ki, beləliklə, çərşənbə axşamı səhər radələrində Moskva vilayətində ümumilikdə beş pilotsuz təyyarə vurulub. Bundan əvvəl Valuevo kəndi yaxınlığında iki PUA ləğv edilib, onlar açıq sahəyə, daha biri isə Kubinka bölgəsinə düşüb.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin Ukrayna pilotsuz təyyarələrinin hücumu barədə məlumat vermişdi. Vnukovo hava limanında təyyarələrin qəbulu və yola salınmasına qoyulan müvəqqəti məhdudiyyətlər artıq ləğv edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR