Onlayn ictimai-siyasi qəzet
Ağ Ev administrasiyası məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı ABŞ-ın keçmiş lideri Co Baydenlə xüsusi prokuror Robert Heyr arasında danışıqların audioyazılarını dərc etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı "The New York Times" yayıb.
Bildirilir ki, Baydenin yaddaş problemlərinin olduğu aşkarlanan dindirmənin audioyazıları gələn həftə ictimaiyyətə açıqlana bilər. Əvvəlki administrasiya gələcəkdə oxşar araşdırmalara mane olacağını əsas gətirərək qeydləri açıqlamaqdan imtina etmişdi.
2024-cü ilin fevralında Heyr, məxfi sənədləri bilərəkdən gizlətdiyinə dair sübutlara baxmayaraq, Baydenə qarşı ittiham irəli sürməmək qərarına gəlib. Hesabatda xüsusi prokuror qeyd edib ki, ifadəsi zamanı Bayden yaddaş problemləri nümayiş etdirib və tərcümeyi-halından mühüm tarixləri xatırlaya bilmir.
2023-cü ilin yanvarında Vaşinqtonda Baydenlə əlaqəli beyin mərkəzinin binasında bir sıra məxfi sənədlərin tapıldığı məlum olub. Onlar ABŞ-ın vitse-prezidenti olduğu dövrə (2009-2017) aid idi. Oxşar materiallar daha sonra Baydenin Delaver ştatının Wilmington şəhərindəki evində tapılıb.
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ