İnsanlara hürriyət, millətlərə istiqlal!

Eltisini evin mətbəxində əməliyyat edibmiş...

Milli Məclisin iclasında çıxış edən deputat Səyyad Aran övladı plastik əməliyyat zamanı ölən valideynin şikayətindən bəhs edərək iclasda iştirak edən səhiyyə naziri Teymur Musayevə xitab edib.

Musavat.com-un məlumatına görə, S.Aran belə deyib: “Dünən bir valideyn gəlmişdi və övladı plastik əməliyyat zamanı ölüb. Valideyn deyir ki, həmin həkim fərqli soyadla fəaliyyət göstərir. Nazirlik siyahı dərc etdi, amma hamı bilməlidir ki, həmin şəxslər kimdir. Yaxından tanımalıdır. Ölən şəxs komaya düşəndən sonra həkim aparıb evinə, görüb ki, sağalda bilmir. Valideynlər etiraz edirlər. Səhiyyə nazirinə müraciət edirəm, plastik cərrahiyə əməliyyatına dair xüsusi mərkəz yaradılsın! Vətəndaş da bilsin ki, hara gedir. 9-cu sinifi bitirmiş şəxsə plastik cərrahiyyə ilə məşğul olmağa kim imkan verib?”
 
Səhiyyə nazir Teymur Musayev deputatın dediklərinə reaksiyasında bildirib ki, Sara Qəhrəmanovanın ölən qızı barədə araşdırma aparılıb: “Onun valideynləri mənim də qəbulumda olub. Özü də bütün qohumlar bilirdilər ki, o şəxs tibb ixtisasına malik deyil. Səhiyyə Nazirliyi ancaq tibb işçilərinə cavabdehdir. Bu faktla hüquq mühafizə orqanları məşğul olur”. Nazirin sözlərinə görə, əməliyyat tibb məntəqəsində həyata keçirilməyib. Belə ki, ölən qız mətbəxdə əməliyyat olunub.
 
E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR