Onlayn ictimai-siyasi qəzet
Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub", məlumatda deyilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2024-cü il tarixli 561 nömrəli Qərarına əsasən, 1 yanvar 2025-ci il tarixindən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz. Dövlət Miqrasiya Xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, il ərzində ölkədə 90 gündən artıq olmaq və ya yaşamaq istəyən Rusiya Federasiyası vətəndaşları və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətləri bitənədək qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə, bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
1 yanvar 2025-ci il tarixindən ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin bu tələbə əməl etmələri zəruridir. Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (Feysbuk, İnstaqram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.
“Qara qutu”ların açılması prosesi başlanmışdır”. Musavat.com xəbər verir ki, bunu isə Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə deyib.
“Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək.
Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur.
Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq”, - Azərbaycan Prezidenti vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski məşhur amerikalı bloger Leks Fridmana üç saatlıq müsahibə verib. Dövlət başçısı müsahibəsində Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynaya yardım edən Qərb dövlətlərini sərt tənqid edib. Zelenski xüsusilə, 1994-cü ildə Rusiyanın iştirakı ilə Budapeşt Memorandumunu imzalayan, Ukraynanın ərazi bütövlüyünün qarantı kimi çıxış edən böyük dünya dövlətlərini, ABŞ və Böyük Britaniyanı tənqid edib. Onları Ukraynaya qarşı təcavüzə göz yummaqda ittiham edib. “İndi başa düşürük ki, bunlar heç bir təhlükəsizlik zəmanəti deyil”, - deyə Zelenski bildirib: “Bunu düşünən bütün insanları tapıb, sadəcə həbsxanaya salmaq lazımdır... Donbas və Krımın bir hissəsi işğal edildikdən sonra Ukrayna 3 dəfə bütün təhlükəsizlik qarantlarına, Budapeşt Memorandumunun bütün üzvlərinə rəsmi məktublar göndərib. Kimsə bu məktublara cavab verdimi?”
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu deputat Elşad Musayevlə gündəmi dəyərləndirir.
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ