İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Kreml sükutu pozdu - Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ kimi cavab

"Bu, Ukraynaya acı verəcək..."

Rusiyanın dünənki raket hücumlarından sonra bölgədə gərginlik pik həddə çatıb.

Musavat.com xəbər verir ki, ölkənin hər yerində insan tələfatına səbəb olan hücumdan sonra ABŞ ani bir addım ataraq, Ukraynanı qabaqcıl hava hücumundan müdafiə sistemi ilə təmin etmək qərarına gəlib.

Ukrayna prezidenti Zelenski ilə telefon danışığında ABŞ prezidenti Baydenin Ukraynanı qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin etmək vədinə Rusiyadan cavab gəlib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya sözügedən müdafiə sistemini verməsinin müharibənin uzadılması anlamına gəldiyini bildirib və Vaşinqtona bir növ xəbərdarlıq edib.

Peskov bu vəziyyətin "Ukraynaya acı verəcəyini" deməklə Kiyevi hədələyib.

O, həmçinin vurğulayıb ki, tədarüklər Moskvanın Ukraynadakı hərbi əməliyyatının məqsədlərini dəyişməyəcək.

Xatırladaq ki, Krım və Rusiyanı birləşdirən körpünün vurulmasına Rusiyanın cavabı ağır olub və Ukraynanın bir çox şəhərləri, xüsusilə Kiyev, Xarkov, Dnepr və Lvov raket atəşinə tutulub.

Qeyd edək ki, Vladimir Putin Rusiya ordusunun həyata keçirdiyi hücumların Ukraynanın hərbi, enerji və kommunikasiya infrastrukturunu hədəf aldığını vurğulayıb.

O bildirib ki, hücumlar davam edərsə, Rusiyanın cavabının şiddəti artacaq.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR