Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, hazırda İstanbulun mərkəzində, tarixi Saraçhane meydanında Cumhuriyet Xalq Partiyası (CHP) tərəfindən təşkil olunmuş irimiqyaslı etiraz mitinqi keçirilir. Aksiyanın əsas səbəbi İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Ekrem İmamoğlunun və onunla birlikdə 106 nəfərin həbsidir.
CHP-nin sədri Özgür Özelin sözlərinə görə, mitinqdə 200 mindən artıq insan iştirak edir. Miting boyu səsləndirilən şüarlarda və çıxışlarda təkcə İmamoğlunun deyil, digər CHP-li bələdiyyə başqanlarının da siyasi motivlərlə həbs edildiyi iddia olunur. Etirazçılar Prezident Rəcəb Tayyib Ərdoğanı bu prosesin arxasında dayanmaqda ittiham edir, onu “bilə-bilə İmamoğlunu sıradan çıxarmağa çalışan komplo kampaniyasının rəhbəri” adlandırırlar.
İddialara görə, həbs edilən 106 nəfər rüşvət vermək, terror təşkilatına yardım, saxta sənəd dövriyyəsi və digər ittihamlarla saxlanılıb. Onlara qarşı həbs qətimkan tədbirləri seçilib, o cümlədən İstanbul meri Əkrem İmamoğlu da bu prosesin birbaşa iştirakçısı kimi təqdim olunur.
Artıq 3 gündür ki, Türkiyə ictimaiyyəti bu hadisələrlə çalxalanır. CHP tərəfdarları bu həbsləri siyasi təqib adlandırır, müxalifət isə prosesin 2024 yerli seçkilərində əldə edilmiş uğurların cəzası kimi dəyərləndirildiyini bildirir.
Hazırda CHP-nin əsas rəhbərliyi, yerli bələdiyyə başçıları və ictimai fəallar bu mitinqdə iştirak edir. Mitinqdə çox sərt mesajlar verilir, siyasi sistemə və ədliyyəyə qarşı etimadsızlıq səsləndirilir.
Musavat.com
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ