Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkian İsrailin son raket hücumları nəticəsində xəsarət alan vətəndaşlara baş çəkib.
Musavat.com xəbər verir ki, bu barədə İranın dövlətə yaxın KİV-ləri görüntülər yayıb. Kadrlar Prezident Pezeşkianın xəstəxanada yaralılarla görüşdüyünü və onların vəziyyəti ilə şəxsən maraqlandığını əks etdirir.
Prezidentin səfəri zamanı səhhəti ağır olan bəzi mülki şəxslərin xüsusi diqqətə alındığı bildirilib. O, hadisədən zərər çəkən ailələrə dəstək veriləcəyini, zəruri tibbi xidmətlərin göstəriləcəyini və hökumətin vətəndaşların yanında olduğunu vurğulayıb.
Qeyd edək ki, İsrailin son hücumları nəticəsində İranın bir neçə bölgəsində mülki infrastruktura zərər dəyib və yaralılar arasında qadın və uşaqların da olduğu bildirilir.
Musavat.com
23 Iyun 2025
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ