İnsanlara hürriyət, millətlərə istiqlal!

“Brent” neftinin qiyməti 81 dolları ötdü

Londonun “ICE” birjasında 2025-ci ilin avqustunda çatdırılacaq “Brent” markalı neftin fyuçerslərinin qiyməti yanvarın 20-dən bəri ilk dəfə bir barel üçün 81 dolları ötüb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, “Brent” markalı neftin qiyməti artımını əhəmiyyətli dərəcədə sürətləndirib və yanvarın 21-dən bəri ilk dəfə 80 dolları keçərək 81,41 dollara yüksəlib.

Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılacaq “WTI” markalı xam neftin fyuçersləri 5,89% bahalaşaraq bir barel üçün 78,40 dollar təşkil edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR