İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayətullah Xamenei haradadır? VİDEO XƏBƏR

Musavat.com xəbər verir ki, İranla bağlı son günlər dünya gündəmini zəbt edən əsas suallardan biri budur: İranın ali dini lideri, ayətullah Seyid Əli Xamenei haradadır?

İsrailin İrana qarşı başladığı “çevik zərbə” əməliyyatları çərçivəsində bir çox yüksək rütbəli dövlət rəsmiləri, xüsusən də SEPAH generalları hədəf alınıb. Rəsmi Tehranın məlumatlarına əsasən, son günlər ərzində 30-a yaxın hərbi və siyasi elita nümayəndəsi İsrailin hava hücumları və xüsusi əməliyyatları nəticəsində məhv edilib.

Məlumatlar göstərir ki, İsrailin məqsədi sadəcə nüvə obyektlərini vurmaq deyil, həm də İranın hərbi, siyasi və ideoloji rəhbərliyinə zərbə endirməkdir. Bu kontekstdə İsrailin baş naziri Benyamin Netanyahunun son açıqlamaları xüsusi diqqət çəkib. O bəyan edib ki, Tel-Əvivin ayətullah Xameneini öldürmək kimi konkret planı yoxdur, “amma bu, olmayacaq” da deyil. Yəni İsrail bu məsələdə konkret “toxunulmazlıq qərarı” verməyib.

İran tərəfi isə hazırda Xameneinin harada olduğu barədə heç bir məlumat yaymır. Bu, həm yerli, həm də beynəlxalq səviyyədə narahatlıq doğurur. Analitiklərə görə, bu susqunluq təhlükəsizlik səbəbilə baş verir.

Musavat.com bildirir ki, mövzu ilə bağlı Sevinç Telmanqızının təqdimatında Müsavat TV-də yayımlanan xəbərin video görüntüsü oxucularımız üçün maraqlı ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR