Onlayn ictimai-siyasi qəzet
Britaniya, Fransa və Almaniya İranı Yaxın Şərqdə sabitliyi poza biləcək əlavə addımlar atmamağa çağırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz birgə bəyanatda “İranın nüvə silahına malik olmamalı olduğunu ardıcıl olaraq bəyan etdiklərini” və İsrailin təhlükəsizliyini dəstəklədiklərini vurğulayıblar: “Bizim məqsədimiz İranın nüvə silahı əldə etməsinə mane olmaqdır”.
Liderlər İranı “nüvə proqramı ilə bağlı bütün narahatlıqları həll edən” razılaşma əldə etmək üçün “danışıqlara girməyə” çağırırlar: "Biz bütün tərəflərlə koordinasiyada bu məqsədə nail olmaq üçün töhfə verməyə hazırıq”.
Musavat.com
23 Iyun 2025
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ