Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın İranın hərbi obyektlərinə hava zərbələri endirməsindən sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbərliyinə sərt şəkildə etiraz edib.
Zaxarova bu barədə şəxsi “Telegram” kanalında paylaşım edərək MAQATE-nin baş direktoru Rafael Qrossinin çağırışlarını “yumşaq və şəxsiyyətsiz” adlandırıb:
“Raketlər bu gün danışıqlar masasına dəydi. Onların haradan gəldiyini görməmək mümkünsüzdür. Niyə bu dəfə bütün bəyanatlar hamarlanır və şəxsiyyətsizdir?”
Rusiya rəsmisinin bu sərt reaksiyası MAQATE rəhbərinin ABŞ və İranı yenidən masa arxasına keçməyə çağırmasından sonra gəlib. Zaxarova bu bəyanatları Qərbin zərbələrinə susmaq, eyni zamanda beynəlxalq hüququn pozulmasına göz yummaq kimi dəyərləndirib.
Qeyd edək ki, ABŞ iyunun 22-də İranın nüvə və hərbi obyektlərinə qarşı genişmiqyaslı hava əməliyyatı keçirib. Bu hadisə bölgədə gərginliyin daha da artmasına səbəb olub.
Musavat.com
23 Iyun 2025
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ