Onlayn ictimai-siyasi qəzet
Ermənistan İran üçün şimal marşrutlarına və Qara dənizə açılan qapıdır.
Musavat.com xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran da öz növbəsində Ermənistan üçün Fars və Oman körfəzləri ölkələrinə açılan pəncərədir:
“Yaxın vaxtlarda biz yükdaşımalarda yaxşı razılaşmalar əldə edəcəyik. Hazırda tranzit tariflərinin və yol rüsumlarının azaldılması barədə müzakirələr aparırıq”.
Xatırladaq ki, İran Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi layihəsinin sürətlə həyata keçirilməsi üçün 2016-cı ildən fəal işləyir. Hazırda Yunanıstan tərəfinə görə layihənin icrası ləngiyir. Belə ki, Afinanın digər iştirakçı ölkələrlə sazişin bəzi bəndləri ilə bağlı fikir ayrılığı var.
Beynəlxalq nəqliyyat dəhlizi layihəsində rəsmi olaraq Ermənistan, Bolqarıstan, Gürcüstan və Yunanıstan iştirak edir. Dəhliz İrəvan və Tiflis vasitəsilə Tehranı Avropa ilə birləşdirməli və iştirakçı ölkələrin tranzit imkanlarını artırmalıdır.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ