Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, “Foreign Policy” jurnalı rusiyalı müxaliflərin ABŞ-a sığınmaq imkanlarının təhlükə altında olduğunu yazıb.
Nəşrin məlumatına görə, hətta formal şəkildə verilmiş sığınacaq müraciətləri belə onları “birbaşa Rusiya xüsusi xidmət orqanlarının əlinə” deportasiya olunmaq təhlükəsindən qorumaq gücündə deyil.
Hüquq müdafiəçiləri bildirirlər ki, hazırda yüzlərlə rusiyalı ABŞ-ın ICE mərkəzlərində saxlanılır və çox güman ki, onların müraciətləri deportasiya ilə nəticələnəcək. Avqust ayında onlarla nəfər artıq Rusiyaya göndərilib. FP iddia edir ki, ABŞ hakimiyyəti bu deportasiya əməliyyatlarını Rusiya xüsusi xidmət orqanları ilə koordinasiya edir.
“ABŞ artıq parlayan şəhər deyil”
“Foreign Policy” yazır ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra hüquq müdafiə ekspertizalarının rolu azaldılıb, QHT-lərlə əməkdaşlıq isə nümayişkaranə şəkildə dayandırılıb.
Jurnal yekun olaraq qeyd edir: “ABŞ öz mifologiyasından imtina edir. Artıq müdafiə axtaranlar üçün ‘təpənin üstündə parlayan şəhər’ deyil, insan talelərinin geosiyasi rəqiblərlə praqmatik anlaşmalara tabe olduğu bir əraziyə çevrilir”.
Musavat.com
20 Sentyabr 2025
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ