İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna silah ixracına başlayır – Zelenski

Ukrayna xüsusi nəzarət altında öz silahlarının ixracına başlayır. Musavat.com xəbər verir ki, məlumatı prezident Vladimir Zelenski açıqlayıb. Onun sözlərinə görə, bu addımı çatışmazlıqları ödəmək və lazımi müdafiə texnikasının geniş miqyaslı istehsalını təmin etmək üçün atırlar.

Zelenski bildirib ki, iki həftə ərzində üç ixrac platforması təqdim olunacaq: ABŞ-la, avropalı tərəfdaşlarla və Ukraynanı səmimi şəkildə dəstəkləyən digər ölkələrlə əməkdaşlıq üçün. Nəzarət olunan ixrac, ölkənin profisiti olan dronların və digər müasir avadanlıqların istehsalını artırmağa kömək edəcək. Prezident bildirib ki, bu texnologiyaların ruslara və onların tərəfdaşlarına çatmasının qarşısını almaq üçün ciddi ixrac nəzarəti qurulub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR