Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Halil Umut Melerin sifətinə zərbələr endirib.
Musavat.com "Hurriyet"ə istinadən xəbər verir ki, klub rəhbərinin bu qalmaqallı addımı Türkiyədə kəskin reaksiya doğurub.
Ədalət və İnkişaf Partiyasından (AKP) bildirilib ki, “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca partiyadan xaric edilməsi tələbi ilə intizam məsuliyyətinə cəlb olunub.
Qeyd olunub ki, bununla bağlı qərar sabah müzakirə olunacaq.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ