Onlayn ictimai-siyasi qəzet
Ukrayna dronlarının hücumuna görə Rusiyanın 10 şəhərində aeroportların işi dayandırılıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin olaraq Krasnodar, Kaluqa, Samara və Saratov hava limanlarında fəaliyyət dayandırılıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) sözçüsü Artyom Korenyakonun verdiyi məlumata görə, əlavə olaraq Kazan, Nijnekamsk (Beqişevo), Nijni Novqorod (Strigino), Soçi Yaroslavl (Tunoshna) və Ulyanovsk (Baratayevka) hava limanları təyyarələri qəbul etmir və göndərmir:
"Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır".
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ