Onlayn ictimai-siyasi qəzet
Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüş zamanı Ukraynaya istənilən Amerika silahını məhdudiyyətsiz almaq hüququnun verilməsi ilə bağlı prinsipial razılaşmasını təmin etmək istəyir.
Musavat.com xəbər verir ki, bunu onun aparat rəhbəri Andrey Yermak "Axios" portalına deyib.
O qeyd edib ki, Zelenski ABŞ-dan Ukrayna üçün aldığı silahların çeşidini genişləndirmək istəyir:
"Bizə ABŞ-ın siyasi qərarı lazımdır ki, lazım olan istənilən silahı ala bilək. Heç bir məhdudiyyət olmadan".
Andrey Yermak etiraf edib ki, Amerikanın silah tədarükü ilə bağlı yeni mexanizmdə gecikmələr müşahidə olunur, bu mexanizmlə silah NATO ölkələri tərəfindən alınıb, sonra isə Ukraynaya ötürülür. Onun sözlərinə görə, bu, "xüsusilə hava hücumundan müdafiə sistemlərinə aiddir".
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ