İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! “Günahkarı” tapdılar - İsveçin NATO peşmanlığı

NATO-ya üzvlük qapısı üzünə bağlanan İsveçdə ümidsizlik hökm sürür. İsveçdə Quranın yandıran Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludanın bu qalmaqallı hərəkəti NATO-ya üzv olmaq istəyən Stokholma baha başa gəlib.

Musavat.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Finlandiya ilə birlikdə hərəkət edərək ittifaqa üzv olmaq üçün müraciət edən İsveç qalmaqaldan sonra hələ də Türkiyənin razılığını almayıb.

Sözügedən hərəkəti "ifadə azadlığı" kimi qiymətləndirən İsveç Quranın yandırılması aksiyasının “günahkarını” tapıb. İsveç araşdırma proqramı olan "Kalla Fakta" Paludanın Rusiya ilə əlaqələrinin olduğunu irəli sürüb. Araşdırmaya görə, təxribatçı Rusiyanın “VKontakte” sosial şəbəkəsi vasitəsilə “Vaqner Qrupu”na bağlı ən azı altı nəfərlə əlaqə saxlayır.

Başqa sözlə, İsveçin iddiasına görə, Paludanın qalmaqallı əməlinin arxasında Rusiya dayanır.

641a9ce84e3fe11b3cd5aff4.jpg (52 KB)

Bildirilir ki, bu 6 nəfərdən birinin qruplaşmanın yüksək rütbəli üzvü olduğu güman edilir və bu şəxslərin digər ölkələrdə Rusiyanın maraqlarına uyğun olaraq ictimai rəyə təsir göstərirlər.

Lund Universitetinin kəşfiyyat təhlili üzrə baş müəllimi Toni İnqesson İsveçin "Aftonbladet" qəzetinə deyib: “Bu qədər mürəkkəb qurulmuş hadisələr Rusiyanın maraqlarına cavab verir və şübhələnmək üçün əsas var”.

İnqessonun iddiasına görə, Rusiya gizli üsullardan istifadə edir ki, insanlar onların hərəkətlərini dərk etməsinlər.

İsveç Müdafiə Universitetinin kəşfiyyat analitiki Jorgen Holmlund isə deyib: “Sual verə bilərsiniz ki, Danimarka vətəndaşı niyə İsveçə Rusiyanın maraqlarını müdafiə edəcək şəkildə gəlib? Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı bildiklərimizi nəzərə alsaq, İsveçdə də analoji strukturun yaradıla biləcəyini desəm, yanlış olmaz".

Ancaq İslam düşməni Paludan bu ittihamları rədd edib. O, iddiaları "gülünc" adlandırıb və araşdırma qrupunu onun adından saxta profil yaratmaqda ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR