İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğan AÇIQLADI - Türkiyədə fövqəladə vəziyyət elan olundu

Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

O bildirib ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində 10 vilayətdə qüvvədə olacaq.

Dövlət başçısı, həmçinin qeyd edib ki, axtarış-xilasetmə tədbirləri sürətlə davam edir.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR