İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Dünya müharibəsi başlaya bilər - Bu ölkələr TƏCİLİ hərəkətə keçdi

Rusiya dövlət kanalında verilən açıqlama Kremllə Qərb arasında gərginliyin yenidən artmasına səbəb olub. Rusiyalı deputat Andrey Kartapolov deyib ki, NATO üçün kritik əhəmiyyət kəsb edən Suvalki dəhlizi bir neçə saat ərzində hədəfə alına bilər.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, muzdlu qrup Vaqner Baltikyanı ölkələrlə Avropa NATO ölkələri arasında NATO-nun yeganə quru körpüsü olan Suvalkiyə yürüş etməyə hazırdır.

Hazırda deputat olan polkovnik Andrey Kartapolov dövlət televiziyasında Suvalki bölgəsinin əhəmiyyətinə işarə edib: "Aydındır ki, Vaqner muzdlu dəstəsi silahlı qüvvələrə təlim keçmək üçün Belarusa gedib. Suvalki dəhlizi deyilən yer var. Vaqner qoşunları bir neçə saatdan sonra Suvalki dəhlizinə getməyə hazırdır".

Litva və Polşa arasındakı sərhədi ayıran 100 km-ə yaxın sərhəd hissəsi olan Suvalki həm NATO, həm də Rusiya üçün böyük strateji əhəmiyyətə malikdir. Çünki Kremllə Qərb arasında gərginliyin artacağı təqdirdə Rusiyaya qarşı ən həssas ölkələr kimi görünən Litva, Latviya və Estoniya ilə yeganə quru əlaqəsi buradan keçir.

64b4f4067af5072b542b73ab.jpg (65 KB)

Rusiya Suvalki dəhlizini ələ keçirsə, Baltik Donanmasının əsas bazası olan Kalininqraddan Putinin ən yaxın müttəfiqi Belarusa yeni quru əlaqəsi açılır.

Rusiyalı deputatın açıqlamaları Polşa və Litvada təşviş yaradıb. Britaniyanın "The Telegraph" qəzetində yer alan xəbərə görə, Polşa xidmətləri Belarusdakı Vaqner əsgərlərinin vəziyyətini diqqətlə izləyir.

Polşa Moskvadan gələn təhlükə səbəbindən artıq sürətlə silahlanır, NATO Baltikyanı ölkələrdə mövcudluğunu gücləndirir, Almaniya isə Litvada daimi olaraq 4000 hərbçi yerləşdirməyə hazırlaşır.

Rusiyanın son təxribatçı bəyanatı Putinin Rusiyanın “kifayət qədər kasset sursatına” malik olduğunu və Ukraynanın mübahisəli silahları yerləşdirəcəyi təqdirdə onlardan istifadə edə biləcəyini söyləməsindən cəmi 24 saat sonraya təsadüf edir.

Britaniyanın "Daily mail" qəzetində çıxan xəbərə görə, Rusiyanın Suvalki dəhlizini hədəfə alması dünya müharibəsinə səbəb ola bilər, çünki Vaqnerin mümkün addımı NATO-nun 5-ci maddəsini işə sala bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR