İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: DTX İranla sərhəddə əməliyyat keçirdi

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə əməliyyat keçirilib.

Musavat.com xəbər verir ki, əməliyyat külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində baş tutub.

Nəticədə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 36 yaşlı Hüseynov Asif Vaqif oğlu saxlanılıb. 

A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb. 

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Attachment

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR