İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Çin sükutu pozdu - ABŞ-a sərt CAVAB

ABŞ kəşfiyyatının "virusun sıfır nöqtəsi" olan Çinlə bağlı hesabatı gündəmdə şok effekti yaradıb.

Musavat.com xəbər verir ki, Wall Street Journal (WSJ) ABŞ Energetika Nazirliyinin koronavirusun mənşəyi ilə bağlı gəldiyi qənaəti açıqlayıb.

"Energetika Nazirliyi COVID-19 pandemiyasının ən çox ehtimal olunan mənbəyinin laboratoriya sızması olduğunu söyləyir. ABŞ agentliyinin yenidən işlənmiş qiymətləndirməsi yeni kəşfiyyat məlumatlarına əsaslanır" - WSJ yazır.

Ağ Ev ABŞ prezidenti Baydenə də təqdim edilmiş bu hesabatla bağlı açıqlama verib. "Daily Mail" qəzetindəki xəbərə görə, Ağ Ev ABŞ-ın müxtəlif qurumları arasında COVID-19-un mənşəyi ilə bağlı hər hansı bir fikir olmadığını açıqlayıb. Bu barədə milli təhlükəsizlik sözçüsü Con Kirbi bildirib. "Hazırda ABŞ hökumətində bunun tam olaraq necə başladığına dair fikir yoxdur" - Kirbi deyib.

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey də koronavirusun "böyük ehtimalla, Çin hökumətinin nəzarəti altında olan laboratoriyadan sızdığını" söyləyib. Rey bunun bir qurum olaraq FTB-nin rəyi olduğunu bildirib.

“Çin pandemiyanın mənşəyini dəqiqləşdirmək və faktları gizlətmək cəhdlərinin qarşısını almaq üçün əlindən gələni edir. Bu, bizim hamımız üçün təəssüf doğurur” - Kristofer Rey deyib.

Bu açıqlamalara Pekinin cavabı sərt olub. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ABŞ-ı fırıldaqçılıqda ittiham edib:

"ABŞ kəşfiyyatı fırıldaqçılıq və aldatma ilə zəif nəticələrinə əsaslanır, onların gəldiyi qənaət heç bir şəkildə inandırıcı deyil" dedi.

Sözçü əlavə edib ki, Pekin Vaşinqtonu elmə və faktlara hörmət etməyə çağırır.

Qeyd edək ki, virusun laboratoriyadan yayılması sui-qəsd nəzəriyyəsi kimi qəbul edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR