İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Cənubi Koreya ABŞ-la HƏRƏKƏTƏ KEÇİR

Cənubi Koreya və ABŞ iyun ayında genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, tədbirlər proqramı müttəfiqlər arasında həmrəyliyi, onların texnoloji üstünlüyünü və “güc vasitəsilə sülh” prinsipinə sadiqliyini nümayiş etdirmək üçün hazırlanıb:

“Koreya Respublikası və ABŞ hərbçilərinin dünyaya və Şimali Koreyaya müdafiə və müdafiə sənayesi sahəsində nailiyyətlərini göstərə biləcək müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq”.

Bu təlimlərdə tərəflərin müasir texnikalardan, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edəcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR