İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bu ölkədən ABŞ-a sərt XƏBƏRDARLIQ: "Dərhal dayandırın"

Çinin xarici işlər naziri Qin Qang və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, danışıq zamanı Qin Qang ABŞ-ın Çinin daxili siyasətinə qarışmaması lazım olduğunu vurğulayıb.

“Birləşmiş Ştatlar Çinin daxili işlərinə, o cümlədən Tayvan kimi məsələlərə qarışmağı dərhal dayandırmalı və ölkənin əsas narahatlıqlarına hörmətlə yanaşmalıdır. ABŞ Çinin suverenliyinə, təhlükəsizlik və inkişaf siyasətlərinə xələl gətirməyi dayandırmalıdır” - o bildirib.

Çin və ABŞ münasibətlərinə toxunan Qanq deyib:

“İlin əvvəlindən biz yeni mübarizə və çətinliklərlə üzləşmişik. Hər iki tərəf birlikdə işləməli və bu çətinliklərin öhdəsindən gəlmək, münasibətləri sabit saxlamaq və dəyişiklik gətirmək üçün məsuliyyət daşımalıdır”.

Blinken telefon danışığı ilə bağlı açıqlamasında bildirib ki, danışıq zamanı ikitərəfli və qlobal problemlər, həmçinin iki ölkənin açıq kommunikasiya kanallarının davamlılığının və diplomatik maliyyə öhdəliklərinin davam etdirilməsinin vacibliyi müzakirə olunub.

Xatırladaq ki, Blinken fevral ayında Çinin ABŞ səmasına casus şarı göndərməsindən sonra paytaxt Pekinə səfərini ləğv etmişdi. Bu yaxınlarda isə ABŞ dövlət katibinin iyunun 18-də Çinə gedəcəyi açıqlanıb. Blinkenin Çinə səfəri baş tutsa, bu səfər ABŞ-ın son 5 ildə yüksək səviyyəli rəsmilərin Çinə ilk səfəri olacaq.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR