İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bölgəni onlar qarışdırır - Suriyadakı hadisələrin ŞOK DETALLARI

Suriyada uzun illərdir davam edən xaos yeni bir mərhələyə qədəm qoyur. PKK-YPG, ABŞ, İsrail və İranın bölgədəki addımları yeni bir vətəndaş müharibəsi ssenarisinin əlaməti ola bilərmi? 3 mart tarixində Rakkada keçirilən kritik toplantı bölgədəki gərginliyi daha da artırdı. Toplantıda PKK-YPG nümayəndələri, ABŞ-ın bölgədəki gücü olan CENTCOM, Əsəd rejimi dövründə mühüm vəzifələrdə çalışmış keçmiş bir general və Dürzi təşkilatının təmsilçisi iştirak edirdi. İran isə son anda bu görüşə daxil oldu. Bu toplantıdan cəmi üç gün sonra, 6 mart tarixində Lazkiyədə hadisələr alovlandı.

Musavat.com bildirir ki, Hürriyet qəzetinin yazarı Abdulkadir Selvi bu mövzuda əhəmiyyətli detalları açıqlayıb.

Suriyada yeni bir vətəndaş müharibəsi başlayır?

WikiLeaks sənədlərində yer alan və o dövrdə ABŞ-nin Dövlət Katibi olan Hillari Klintonun sözləri vəziyyəti açıq şəkildə izah edir: “Əsədi devirməyimiz məzhəb savaşına səbəb olar. Bu, İsrail və Qərbli müttəfiqləri üçün yaxşıdır!”

Türkiyə Əsədin seçkilərə getməsi və xalqı ilə barışması üçün çalışdığı halda, ABŞ daim “Əsədi dərhal devirməliyik” təzyiqini göstərirdi.

İsrail və İran isə Suriyada səssiz əməkdaşlıq yürüdür. İsrail Dürziləri və Nusayriləri qızışdırır, PKK-YPG-nin bölgədəki varlığını gücləndirmək üçün dəstəyini davam etdirir. İran isə həm Nusayri kartını, həm də PKK-YPG kartını istifadə edərək bölgədə balans siyasəti aparır.

İsrailin aparıcı qəzetlərindən olan Haaretz PKK-YPG-nin silah buraxmasının “Suriyadakı güc balansını dəyişdirəcəyini və İsrailin maraqlarına təhlükə yaradacağını” yazıb.

Türkiyə üçün Suriya niyə vacibdir? Abdulkadir Selvi yazır:

Suriyada baş verən hadisələr Türkiyəyə birbaşa təsir edir. Əsas səbəblər bunlardır:

Suriyalı qaçqınlar: Suriyadakı hər yeni böhran Türkiyəyə yeni miqrasiya dalğası kimi əks olunur.

Terror təhlükəsi: İŞİD, PKK və Suriya kəşfiyyatı Türkiyədə bir çox terror hücumu təşkil edib.

PKK-nın terror dövləti planı: Türkiyə “Fırat Kalkanı”, “Barış Pınarı” və “Zeytun Budağı” əməliyyatları ilə bu planı pozub. Lakin təhdid hələ də mövcuddur.

Suriyadakı vətəndaş müharibəsində ən böyük ziyanı Türkiyə çəkib və çəkməyə davam edir.

Yeni gərginlik: İsrail və ABŞ bölgədə nə planlaşdırır? 6 dekabr tarixində Lazkiyə və Tartusda baş verən hadisələrin arxasında İsrail və ABŞ-ın yeni addımları varmı?

İsrail ordusuna məxsus helikopterlərin Lazkiyə dağlarına silah endirdiyi təsbit edilib. Bu, yeni bir qarşıdurmanın yaxınlaşdığını göstərir.

Türkiyə Suriyada sülh və həll yönümlü siyasətini davam etdirməlidir.

Ahmed Şara rəhbərliyi xalqla birbaşa əlaqə yaradaraq Nusayrilər və digər qruplarla barışıq təmin etməlidir.

Türkiyənin təhlükəsizliyi üçün Suriyadakı hadisələr yaxından izlənilməlidir.

Hatay və ətrafında yaşayan Suriya Ələviləri Türkiyə ilə güclü bağlara malikdir. Onların təhlükəsizliyi, Türkiyənin də təhlükəsizliyi deməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR