İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Meksika-Kanada ticarət sazişinə yenidən baxılacaq

ABŞ administrasiyası yaxın gələcəkdə üçtərəfli ABŞ-Kanada-Meksika Azad Ticarət Sazişinə (USMCA) yenidən baxmağa başlamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) yayıb.

Bildirilir ki, ABŞ Ticarət Nümayəndəsi oktyabrın 4-dən gec olmayaraq saziş üzrə ictimai məsləhətləşmələrə başlayacaq və prosesin özü bir neçə ay çəkəcək. Amerika administrasiyası biznes və həmkarlar ittifaqlarından rəy almalı, ictimai dinləmələr keçirməli və 2026-cı ilin yanvarında Konqresə hesabat təqdim etməli olacaq. Sazişdə iştirak edən ölkələrin nümayəndələrinin üçtərəfli görüşü iyulun 1-dək baş tutmalıdır.

Ottava və Vaşinqtonun avqustun 1-dək ticarət sazişi bağlaya bilməməsindən sonra ABŞ prezidenti Donald Tramp həmin gündən fərmanla USMCA-nın əhatə etmədiyi bəzi Kanada mallarına tarifi 25faizdən 35 faizə qaldırıb. O, həmçinin bildirib ki, Kanada Fələstini tanımaq niyyətini açıqladığı üçün Ottava ilə ticarət müqaviləsi bağlamaq onun üçün çox çətin olacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR