İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ-dan ŞAD XƏBƏR - Dünyanı xilas edəcək kəşfə İMZA ATILDI

ABŞ-ın sirr olaraq saxladığı layihə mətbuata sızdı. ABŞ alimləri tarixi kəşfə imza atdı...

Elm dünyası ABŞ-dan gələn xəbərlərdən danışır. Alimlərin 1950-ci illərdən bəri üzərində çalışdığı karbonsuz enerji arzusu gerçəkləşdi.

Musavat.com bu barədə "Washington Post"a istinadən xəbər verir.

Məlumata görə, elm adamları ilk dəfə olaraq xalis enerji qazancını təmin edən bir fuzyon (sonsuz enerji -red) reaksiyası hazırlayıblar.

Lawrence Livermore Milli Laboratoriyasının Alovlanma Müəssisəsinin tədqiqatçıları qısa müddət ərzində öz-özünə davam edən birləşmə reaksiyasını alovlandıra bildilər. Komanda təcrübədə xərcləndiyindən daha çox enerji istehsal edə bilib.

Başqa sözlə, ABŞ artıq nüvə sintezindən enerji mənbəyi kimi istifadə edə biləcək.

fusion.jpg (503 KB)

Əvvəlki onlarla cəhdə baxmayaraq, heç kim fuzyon reaksiyasından istehlak etdiyindən daha çox enerji istehsal edə bilməyib.

ABŞ mətbuatı bu inkişafın bəşəriyyətin neft və kömür kimi qalıq yanacaqlara ehtiyacını əhəmiyyətli dərəcədə azaldacağını yazıb.

Bu inkişaf qlobal iqlim böhranının aradan qaldırılmasına dəstək verməklə yanaşı, dünyanın yoxsul bölgələrini ucuz enerji ilə təmin etmək üçün də yol aça bilər.

ABŞ Enerji naziri Cennifer Qranholmun sabah mətbuat konfransında fuzyon təcrübəsinin nəticələrini açıqlayacağı gözlənilir.

Adlarının açıqlanmaması şərti ilə mətbuata açıqlama verən alimlər yayılan xəbəri təsdiqləyiblər.

Bayden administrasiyasının on milyardlarla dollar dəstək verdiyi texnologiyanın kommersiyalaşdırılması üçün ən azı on il tələb olunduğu bildirilir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR