İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ-dan mühüm Türkiyə AÇIQLAMASI - F-16-lar...

ABŞ Konqresinin hər iki palatasının senatorları və nümayəndələrinin daxil olduğu konfrans komitəsi 857 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən NDAA qanun layihəsini yekunlaşdırıb.

Musavat.com xəbər verir ki, qanun layihəsinin son variantında Türkiyəyə F-16 satışlarını məhdudlaşdırıcı şərtlərə bağlayan heç bir bənd yoxdur.

Qeyd edək ki, qanun layihəsinə Türkiyəyə F-16 satışını məhdudlaşdırmağı nəzərdə tutan bənd yunan lobbisinə yaxınlığı ilə tanınan Nyu-Hempşir nümayəndəsi Demokrat Kris Pappas, Florida təmsilçisi Respublikaçı Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu Cersi Nümayəndəsi Demokrat Frant Pallone daxil olmaqla 18 nümayəndə tərəfindən təklif edilmiş və qəbul olunmuşdu.

Lakin həmin bəndin çıxarılması ilə Türkiyənin F-16 almasına qanun əsasında qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məsələ ilə bağlı diqqətçəkən açıqlama verib.

ABŞ-ın Türkiyəni mühüm NATO müttəfiqi kimi gördüyünü vurğulayan Prays Vaşinqtonun Türkiyənin müdafiə ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirib.

Sözçü Türkiyəyə F-16 satışı ilə bağlı məhdudlaşdırıcı şərtlərin qanun layihəsindən çıxarılmasından bəhs edib:

“Heç bir NATO müttəfiqi türk müttəfiqlərimiz qədər öz torpaqlarında terror hücumlarına məruz qalmayıb. Ona görə də təhlükəsizlik sahəsində əməkdaşlıq bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Qanun layihəsindən məhdudlaşdırıcı bənd çıxarıldıqdan sonra Türkiyənin ABŞ-dan F-16 alması üçün rəhbərlik tərəfindən təqdim edilən satış bildirişinə konqresdən heç bir etiraz olmamalıdır.

Konqresin bu addımı atmasında türk diplomatların və Vaşinqtondakı Xarici İşlər Nazirliyinin səylərinin təsirli olduğu bildirilir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR