Onlayn ictimai-siyasi qəzet
2014-cü ildə Azərbaycanda bütün minik avtomobillərinin 17 faizi (yəni hər 100 avtomobildən 17-i) 5 ilə qədər istismar müddəti olan nəqliyyat vasitələri idi. Hazırda bu göstərici 5 faiz ətrafındadır.
Musavat.com iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, mütləq ifadədə 5 yaşa qədər olan minik maşınlarının sayı 2,3 dəfə azalaraq 186 mindən 81 min ədədə enib.
Ekspertin sözlərinə görə, bu dövrdə istismar müddəti 5-10 il arasında olan minik avtomobillərinin parkda xüsusi çəkisi 2 dəfədən çox azalaraq 21 faizdən 10 faizə enib: “Mütləq ifadədə 5-10 yaş intervalında olan minik maşınlarının sayı 35 faiz azalaraq 232 mindən 152 min ədədə enib.
10 ildən çox istismar müddəti olan minik maşınlarının parkda xüsusi çəkisi isə 62 faizdən 85 faizə yüksəlib. Bu yaşda minik avtomibillərinin sayı isə 2 dəfəyə yaxın artaraq 682 mindən 1,262 milyon ədədə çatıb.
Təzə maşınların, xüsusən 5-10 yaş intervalında nəqliyyat vasitələrinin sayının sürətlə azalması ölkədə orta təbəqənin maddi imkanlarının necə əriməsinin əlamətlərindən biri kimi də baxıla bilər”.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ