Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Olaf Şolts Berlində keçirilən forumda çıxışı zamanı deyib ki, yaxın 30 ildə Ukrayna yəqin ki, NATO-ya daxil ola bilməyəcək.
Musavat.com-un məlumatına görə, Şolz ilk dəfə deyil ki, ölkənin alyansa qoşulmayacağını deyir. 2022-ci ildə də o, Ukraynanın yaxın gələcəkdə qəbul edilməyəcəyini bildirmişdi.
2023-cü ildə kansler bildirib ki, hazırda ölkə NATO-ya daxil olmaq üçün bir çox meyarlara cavab vermir.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ