Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Olaf Şolts gələn həftənin sonunda Türkiyəyə səfər edəcək və oktyabrın 19-da İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Bühner brifinqdə jurnalistlərə bildirib.
Bühner qeyd edib ki, danışıqlarda böyük ehtimalla Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyət, həmçinin miqrasiya problemi müzakirə olunacaq.
Danışıqlardan sonra mətbuat konfransı planlaşdırılıb.
Şahanə Rəhimli
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ